Ölkə

İftara qədər ehsan süfrələrində oturmaq olarmı?

15 May 2018 12:32
Baxış: 1 873

İftara qədər din xadimlərinin ehsan süfrələrində oturması haramdır, dinə ziddir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıb. O qeyd edib ki, bu problem mövcuddur və bunun aradan qaldırılması ilə bağlı çağırışlar edilir: "Mən bir daha din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıram".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.