Ölkə

Allahşükür Paşazadə yalançı mollalardan danışdı

15 May 2018 12:08
Baxış: 837

Mövcud olan problemlərdən biri də yalançı mollalardır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib ki, QMİ-də qeydiyyatda keçməyən, rəsmi icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər:

"Bu da qanun pozuntusudur. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilməyən insanların dini mərasimləri aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə işlər aparılır".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.