Ölkə

Balakəndə 54 km uzunluğunda 2 problemli yol yenidən qurulur - FOTO

15 May 2018 12:57
0 Şərh     Baxış: 653

Balakən rayonunda cari ildə uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulur.

AAYDA-dan Milli.Az-a verilən məlumata görə, söhbət Balakən-Qazbinə-İtitala və Balakən-Hənifə-Gülüzanbinə avtomobil yollarından gedir.

Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

8,5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən 25 km uzunluğundakı Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolu da 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Sözügedən yolun uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi.

Hər iki avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.