Ölkə

İki abituriyentin intihar etməsi Milli Məclisdə müzakirə olundu

15 May 2018 12:00
5 Şərh     Baxış: 2 007

"Valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq", "Hüquq fakultəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan" deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakultəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.

O qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır: "Azərbaycanda "Peşə təhsili haqqında" qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir. Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz... Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır.

Komitə sədri Aqiyə Naxçıvanlı da T.Rzayevin fikirləri ilə razılaşdığını qeyd edib.

Xatırladaq ki, dünən Sumqayıtda iki abituriyent qəbul imtahanından sonra intihar edib.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    @@ · 15 May 12:0680

    valideyn ne etsin bu saat oxuyanlar kartof satir ha ola oxumuyan ola/ne etsin pul tokub oxudurda/zulmle qazanib boyudur balasini/kimin daydayi var o da vezifededi / i fsyo/kresloda oturub agil vermek asandi/

    Cavab yaz
  • Anonim
    Konullu · 15 May 12:4780

    Tehsil haqqinin baha olmasini muzakire etseydiler.9cu sinifden bew muellim yanina hazirliga gedir.institut hazirligi 80-120 manat arasinda deyiwir bir fenn uzre.mektebden sonra da.en awagi odeniw 2400 manat ali mekteb odeniwi en sade institutda.deputat uwagi niye derd etsin ki.onlar onsuz da xaricde tehsil alirlar.ya da .axi onlarin bawqa problemleri de yoxdur. Valideyn gunahgardi.belke de.deyib ki.bu qeder hazirligin qabaginda niye az bal yigdin. AMMA.problem tehsilin kokundedir.mektebde yaxwi tehsil verilse.uwaq elavelere getmese.........cox sebebi var....valideyn de uwaga bawqa soz demez.cunki.yene de diplomu var deyib teselli tapiriq.

    Cavab yaz
  • Anonim
    Aysel · 15 May 13:0930

    Valideyin nezere almalidir ki,bu dövr usaginin yasinin pis vaxtidi.En çilgin dövrleridi.Demek lazimdi,amma nevazişle.Hede- qorxu ile yox.

    Cavab yaz
  • Anonim
    Rəşad · 15 May 13:4330

    Hər şeyi valideyinin üstünə niyə atırlar?

    Cavab yaz
  • Anonim
    D. · 15 May 16:2020

    Men I'm yoldasim muelimdir Amma binamizda en kohne balk on bizimdir bizde eynimizden I bogazimizdan kesib 3usagin tehsiline veririk muellim pulsuzusaq hazirlasdirsa nece aile saxlasin maaslari artirmaq lazimdir muellimin istirahete I mkani catmir I

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.