Ölkə

"Neymar Jr’s Five" futbol turniri Azərbaycanda

15 May 2018 12:53
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq üçüncü ildir ki, braziliyalı məşhur oyunçu Neymar tərəfindən təqdim edilmiş "Neymar Jr's Five" futbol turniri azərbaycanlı gənclərə də öz istedadlarını göstərməyə şərait yaradır və onlara futbolçunun vətəni Braziliyada keçiriləcək final mərhələsində iştirak etmək imkanı verir.

 "Neymar Jr's Five" - "beşin beşə" qlobal futbol turniridir və dünyanın hər bir tərəfindən, ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci ldə turnirdə Azərbaycan da daxil olmaqla 53 ölkəni təmsil edən 100 000-dən çox oyunçu iştirak edib. Bu il yarışma daha böyük miqyasda olacaq. Artıq 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə start verilib. Bu yarışmalarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq 21 iyulda Braziliyada məşhur Praya-Qrande çimərliyində, "Projecto Neymar Jr"da üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.

Neymar Jr-un özü, bu layihənin inkişafında yaxından iştirak edir: "Mən çox şadam ki, ildən ilə bu yarışmada iştirak edən oyunçuların sayı artır, ildən ilə komandaların və iştirakçı ölkələrin sayı artır", - o, öz müsahibəsində bildirib.

Azərbaycandakı seçim mərhələləri AFFA-nın dəstəyi ilə Gəncə şəhərində 19 may, Lənkəranda 26 may və Bakıda 1, 2, 3 iyun tarixlərində baş tutacaq. Milli final mərhələsi Bakıda 17 iyun tarixində keçiriləcəkdir.

Yarışda altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər. Oyunçulardan dördü 16-25 yaş arası olmalıdır, digər ikisi isə 25 yaşdan böyük ola bilər. Qeydiyyatdan keçmək üçün -  https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olmaq lazımdır.

Yeri gəlmişkən, 2017-ci ilin qalibi olan" Şirinlər" komandası artıq bir dəfə Braziliyada olub və bu fürsəti əldən verməmək üçün yenə də mübarizə aparmağa hazırdır.

"Dünya finalında ölkəni təmsil etmək - böyük bir qürurdur və biz 53 ölkədən olan ən yaxşı oyunçularla layiqli mübarizə aparmaq üçün əlimizdən gələn hər bir şeyi etdik. Bu il də, komandamızın bəzi oyunçuları seçim mərhələlərində iştirak edəcəklər," - keçənilki qalib komandanın kapitanı Elməddin Hüseynov bildirib.

Onun fikrincə, qalib olmaq üçün ən əsası, bir yumruq kimi əsl komanda olmaq, bütün diqqəti oyuna yönəltmək və qaydaları pozmamaq lazımdır.

"Neymar Jr's Five" futbol turniri Azərbaycanda Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), Azfar Sport Events & Promotion şirkəti və "Badamlı - Gemiqaya Mineral Sular" MMC-nin dəstəyi ilə həyata keçirilir.

Zəfər Tağı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.