Ölkə

19 yaşlı oğlan gizli yaşadığı qadını başqa kişi ilə tutdu və... - Sumqayıtda ŞOK HADİSƏ

15 May 2018 11:58
13 Şərh     Baxış: 23 531

Sumqayıt şəhərində qız üstündə qətl törətməkdə təqsirli bilinən Gədəbəy rayon sakini, 1998-cı il təvəllüdlü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teymur Sadıqov 2017-cı il tarixdən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Dadaşovanın keçmiş tanışı Taleh Babazadə ilə telefon əlaqəsi saxladığını bilib.

Sevgilisindən xəyanət

Teymur Sadıqov Vüsalə Dadaşovanın əvvəlki sevgilisi ilə münasibətlərini bərpa etməyə cəhd etməsini özünə qarşı xəyanət hesab edib. O, bunu qüruruna sığışdırmayaraq münasibətlərini aydınlaşdırmaq üçün 26 iyun 2017-ci il tarixdə, saat 15-də 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən Respublika Diaqnostika Mərkəzinin qarşısında Taleh Babazadə ilə görüşüb. Taleh Babazadə hərəkətlərinə görə üzr istəsə də, Teymur Sadıqov onu bağışlamayıb.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar əlbəyaxa olublar. Daha sonra hər iki şəxs oradan ayrılıb.

İyunun 27-də saat 11-də Bakıdan Sumqayıta gedən Taleh Babazadə mobil telefonu ilə zəng vuraraq təkidlə Teymur Sadıqovu görüşə çağırıb.

Qamışlıqda qanlı dava

Onlar həmin gün saat 13-də Sumqayıt şəhəri, Sülh küçəsində görüşüblər və münasibətlərini aydınlaşdırmaq məqsədilə yaxınlıqda olan qamışlıq sahəyə gediblər.

Orada Taleh Babazadə Teymur Sadıqova bir gün əvvəl iş yerinə gəlməsinə iradını bildirib, onun və Vüsalə Dadaşovanın ünvanına nalayiq ifadələr işlədib. Bununla da onların aralarında dava-dalaş yaranıb.

Qətl

Bundan sonra o, Taleh Babazadədən qisas alaraq, onu öldürmək qərarına gəlib. Teymur Sadıqov əvvəlcə ona yumruqla vurub, sonra üzərində gəzdirdiyi bıçaqla ürək nahiyəsinə bir neçə zərbə endirib. Taleh Babazadə aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Teymur Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Onunla birlikdə yaşamağa başladıq"

Təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Sadıqov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, həmyerlisi Vüsalə Dadaşova ilə 2017-ci ilin əvvəlində rayonda tanış olub: "Vüsalə mənə iş tapacağını vəd etdi, bu səbəbdən onun təklifi ilə Sumqayıta gəldim. Vüsalə mənim üçün mənzil kirayələdi, özümü də kafelərdən birinə ofisiant işinə düzəltdi. Bir müddət sonra isə Vüsalənin yaşadığı yataqxanaya köçdüm və onunla birlikdə yaşamağa başladım. Nə valideynlərimin, nə də qohumlarımın özümdən yaşca çox böyük qadınla münasibətimdən xəbərləri olub".

"Vüsalədən şübhələnməyə başladım"

Teymur Sadıqovun sözlərinə görə, Vüsalə ona ərindən ayrıldığını, həyatında kimsənin olmadığını deyib: "Vüsalənin keçmiş ərinin qohumu Vəfa müalicəsi ilə əlaqədar rayondan Bakıya gələndə bizim yanımızda gecələyirdi. Həmin vaxt mayın ortaları idi. Vəfa Vüsaləyə zəng vuraraq, Talehin onunla danışmaq istədiyini dedi. Mən Talehi əvvəllər tanımamışam, Vüsalə də mənə bu barədə heç nə deməmişdi. Telefonu Vüsalədən alaraq Vəfadan Talehin kim olduğunu soruşdum. Vəfa "qohumumdur, Vüsalənin şəklini telefonda görüb xoşu gəlib, danışmaq istəyir", - dedi. Bu səbəbdən Vəfaya iradımı bildirdim, Vüsalədən isə şübhələnməyə başladım".

"Danışıqların izahatını tələb etdim"

Teymur Sadıqov qeyd edib ki, bu söhbətdən sonra "Samsung" markalı telefon alıb, internet vasitəsilə danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib və həmin telefonu Vüsaləyə hədiyyə edib: "Vüsalə ev işləri ilə məşğul olarkən ondan xəbərsiz telefona müdaxilə edərək gün ərzindəki bütün danışıqlarını dinləyirdim. Qadının mütəmadi olaraq Vəfa və keçmiş sevgilisi ilə danışdığını, söhbətlərində məni müzakirə etdiklərini, Talehin isə hər dəfə adım çəkiləndə ünvanıma nalayiq sözlər işlətməsini eşitdim. Vüsalənin məni aldatmasından əsəbiləşdim. Bu danışıqların izahatını tələb etdim. Vüsalə cavabında əvvəllər Talehlə görüşdüyünü, sonradan ayrıldıqlarını dedi. Amma Vüsalənin dediklərinə inanmadım".

"İş yerinə gəldiyim üçün məni söydü"

Teymur Sadıqov qeyd edib ki, ertəsi gün rayona - valideynlərinin yanına yollanıb, lakin bir müddət sonra yenidən Vüsalənin yanına qayıdıb: "Telefona qulaq asdıqda rayonda olduğum müddətdə Vüsalənin yenə də Talehlə telefon əlaqəsi saxlamasını, sonuncunun hər dəfə adım çəkildikdə məni söyməsini eşitdim. Baş verənləri qüruruma sığışdırmadım. Talehlə münasibətləri aydınlaşdırmaq məqsədilə onun işlədiyi Respublika Diaqnostika Mərkəzinə getdim. Xəstəxananın həyətində Talehlə görüşdüm. İşlətdiyi ifadələrə görə Taleh məndən üzr istədi, sakit şəkildə ayrıldıq. Elə həmin gün axşam zəng vurub iş yerinə gəldiyimə görə məni söydü, görüşmək istədiyini dedi".

"Vüsaləni də, məni də söydü"

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Taleh Babazadə ilə Görüşmək istəmədiyini bildirib: "Yenə də zəng vurdu və israrla görüşmək istədiyini dedi. Görüşdən yayınmağı qüruruma sığışdırmayıb getdim. Taleh məni yumruqla vurdu. Yerdən götürdüyüm daşla mən də onu vurdum, əlbəyaxa olduq. Vüsaləni də, məni də söydü. Bıçaqla Talehin sinəsindən vurdum. Onun öldüyünü yəqin etdim. Bıçağı orada atdım. Sonra Vüsaləyə zəng vurdum və Talehi öldürdüyümü dedim".

"Qardaşımın Vüsalə ilə münasibətlərindən xəbərim olmayıb"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Tural Babazadə bildirib ki, Taleh Respublika Diaqnostika Mərkəzinin kardioloji şöbəsində sanitar işləyib, Keşlə qəsəbəsində xalasının evində qalıb: "Qardaşımın Vüsalə və ya Teymurla münasibətlərindən xəbərim olmayıb. Bu barədə mənə heç nə deməyib. İyunun 25-də Ramazan bayramına görə rayona getməyi Talehə təklif etdim. Növbədə olduğuna görə gedə bilməyəcəyini dedi. Ona görə mən də kəndə getmədim. İyunun 27-də həmkəndlimiz Elvin zəng vurub Talehin bıçaqlandığını, cəsədinin meyitxanada olduğunu xəbər verdi".

12 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi apelyasiya şikayəti verib.

Mərhumun qardaşı Tural Babazadənin imzası ilə yazılan apelyasiya şikayətində göstərilib ki, istintaq orqanı əsassız olaraq hadisənin zərər çəkmiş şəxsin nalayiq ifadələr və ağır söyüşlər işlətməsini konfliktin başlanmasının səbəbi kimi göstərib.

Zərərçəkmişdən ağır cəza tələbi

Şikayətçi qeyd edib ki, bundan başqa, məhkəmə Teymur Sadıqova cəza təyin edərkən cəzanı yüngülləşdirən halları düzgün nəzərə almayıb. O, qeyd edib ki, Teymur Sadıqovun məhkəmədəki davranışından onun peşman olması hiss olunmayıb, o, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinə səylər göstərməyib.

Bununla əlaqədar apelyasiya şikayətinin müəllifi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza ağırlaşlırılmalıdır.

Cəza bir qədər də yüngülləşdirildi

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş tərəfin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim kollegiyası zərərçəkmiş tərəfin apelyasiya şikayətini təmin etməyib. Amma birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsin xeyrinə dəyişdirilib. Məhkəmə Teymur Sadıqovun cəzasını 10 il 6 aya endirib./Publika.az

Milli.Az

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Dunya · 15 May 12:19218

    Kül basiva 20yaşin var get heyativi yaşada,sənə lazım idi gedib qayidmişin üstündə türməyə düşəsən?

    Cavab yaz
    • Anonim
      Hemide · 19 May 17:1250

      Gedib qayitmiw sozu sizce bowanmiw xanimlari alcaltmaq olmadi? Ayib olsun size

      Cavab yaz
  • Anonim
    asi · 15 May 12:34277

    Kül oğul başına..Bundan azyaşlılar Fələstin küçələrində yəhudilərə qarşı canını sipər edib azadlıq davası edir..Bu da anası yaşlı arvadın namusunu çəkib ərini öldürür..Ay millətimiz oğullarımızı kişi kimi , kişiliyə xas xüsusiyyətlə böyüdən, dişi düşkünü kimi yox...

    Cavab yaz
    • Anonim
      S · 19 May 17:1341

      Bu dislaylklar seni yaman qorxutdu axirda normal adam oldun.haqq yoluna geldin.imana geldin.bax bele hemiwe muselmanlarin terefini tut

      Cavab yaz
  • Anonim
    kamran · 15 May 12:39137

    Bunu niyə əsgərliyə aparmayıblar?

    Cavab yaz
    • Anonim
      kamran a · 15 May 12:50147

      bunun ozune ne xeyiri var ki vetene de ne ola?

      Cavab yaz
  • Anonim
    maqa · 15 May 12:46128

    ay bala sen get hele agzivun sudunu qatigini sil

    Cavab yaz
  • Anonim
    konul · 15 May 12:51177

    bedbaxt ele gurur deyir ele bil sohbet evindeki qadinlardan gedir hansisa bir seviyyesize gore ged curu indi (((( Allah haminin balasin bele yiyesiz qadinlardan qorusun

    Cavab yaz
  • Anonim
    xanim · 15 May 13:07217

    Bir əxlaqsız qadına görə iki gənc bədbəxt oldu iki ana gözüyaşlı qaldı. Bu Vüsalə həm öldürənlə bir evdə yaşayıb həm də ölənlə münasibət qurub. İstər istəməz kişi xeylağıdı da qüruruna toxunulub. üstəlik də gəncdir həyat təcrübəsi yoxdur. Bir tora düşüb bədbəxt oldu... O biri də qara torpağa getdi. O qadın isə Allah bilir indi birini tapıb özü kef eliyir

    Cavab yaz
    • Anonim
      zra · 15 May 14:3887

      tamamile dogru

      Cavab yaz
  • Anonim
    roma · 15 May 15:0647

    Heyıf ıçım yanır bız müsəlmanlar nıyə yəhudılərın ermənılərın əlındə acız qalmışıq

    Cavab yaz
  • Anonim
    S · 15 May 15:1477

    İndi tarazliq pozulub cavan.qoca.alir.qoca qizi.yasinda.qiz alır. ona.gore abir.heya.getdikce.azalir cavan.oglan evli.qadin.la.yasayir .niye.gedib.qiz.usagi.ile.evlenmirsen.gu unu kecirir.sonrada. aile.deyerleri.pozulur

    Cavab yaz
  • Anonim
    Taksi · 15 May 19:18117

    Ümumuyətlə qadın üstündə adam öldürmək düzgün deyillll Əgər qadın ərinə xəyanət edirsə mümkün deyil hər zaman edəcək. Ən yaxşısı boşa canıvı qutar Hə nə olsun öldürdün sən getdin türməyə öləndə torpaga..... Amma boşasaydı və yaxud ayrı qalsatdı heç qan qaraçılıgda olmazdı....... Qadın səni başqa kişiylə dəyişdisə ayıl get öz həyatıvı yaşa Ola bilər burda kimsə deyə bilər bəs qeyrət!!!!!!!! Bəs türməyə gedəndə arvad yenə bunu edəcək.... Sən içərdə olanda nə edə bilərsən heçnəəəəə Bəs sən içərdə olanda qadın başqa kişiylə gəzəcək bəs onda Sən içərd olanda uşaqlar acından atasız böyüyəcək bəs onda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.