Ölkə

"Azərbaycanda 7 yeni İslam kollecinin fəaliyyətə başlaması üçün işlər aparılır"

15 May 2018 09:11
3 Şərh     Baxış: 1 334

Hazırda Azərbaycanda yeddi İslam kollecinin fəaliyyətə başlaması üçün işlər aparılır.

Milli.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-in sorğusuna cavab olaraq bildirilib.

Komitədən verilən məlumata görə, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi və DQİDK-nin dövlət qeydiyyatına aldığı 10 İslam kolleci var ki, onlardan Şəki İslam Kolleci, Əliabad İslam Kolleci və Şəbnəm İslam Kolleci uzun illərdir ki, fəaliyyət göstərir:

"Onlar Qafqaz Müsəlmanları İdarəsinin idarəçiliyi və nəzarəti altında fəaliyyət göstərirlər. Bu üç kollec ötən ilədək İslam mədrəsəsi adı ilə fəaliyyət göstərib, 2017-ci ildən isə İslam kolleci kimi dövlət qeydiyyatına alınıblar".

Komitədən qeyd edilib ki, Şəki İslam Kollecinin əsas fəaliyyət istiqaməti hafizlər hazırlamaqdır. Kollec fəaliyyətə başladığı vaxtdan bugünədək təxminən 300 hafiz yetişdirib. Kollecdə hafizliklə yanaşı, dini biliklər, İslam tarixi, İslam əxlaqı, ərəb dili, kompüter və informasiya texnologiyaları fənləri tədris olunur:

"Əliabad İslam Kolleci Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşir. Bugünədək təxminən 150 məzunu olub. Şəbnəm İslam Kolleci Bakı şəhərindədir. Bu kollecdə qızlar təhsil alır. Kollecə respublikanın müxtəlif bölgələrindən fiziki qüsuru olan qızlar da cəlb edilir. Onlara dini fənlərlə yanaşı, Azərbaycan tarixi, Azərbaycan və ingilis dilləri, Azərbaycan coğrafiyası, informatika və digər dünyəvi fənlər tədris olunur, habelə müxtəlif əmək vərdişləri, o cümlədən toxuculuq, dərzilik və s. öyrədilir. Bugünədək bu dini təhsil ocağının yüzlərlə məzunu olub. Həmin kolleclərin məzunlarının bir qismi məscidlərdə və dini icmalarda müxtəlif vəzifələrdə çalışır".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    MOMIN · 15 May 12:2060

    men bir vetendas ve bir muselman kimi cox sevinirem. dusunurem ki islam kolleclerinde en evvel butun elmler oyredilmeli ve sonda gosterilmelidir ki bu elmin esasi QURANI KERIMDE ayetde bele aciqlanir. tek islamin tedrisi ile muasir gencliyi islama getirmek cetindir.amma elmi oyredib sonunda hemin elmin YARADANI MUELLIFI REBBIMIZ olduqunu oyredende muasir elmli muselman gencler yetiser. telebeerinde geyim terzleri muasir ve debli olsa yaxsi olar. dillerin tedrisi de nezerde tutulsa yaxsi olar. ereb dili ingilis dili fransiz dili rus dili.

    Cavab yaz
  • Anonim
    Kserks · 15 May 13:5911

    Metnin basliqi dirnar isareleri ("") arasinda yazilmamalidir.

    Cavab yaz
  • Anonim
    Tima · 15 May 14:1615

    Dinin nəqər ziyanlı bir şey olduğunu hələ anlamırıq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.