Ölkə

İntihar edən şagirdin vida məktubu - "Özünə yeni həyat qur..." - FOTO

14 May 2018 18:07
40 Şərh     Baxış: 27 046

Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub. 

Milli.Az qafqazinfo əməkdaşı 17 yaşlı şagirdin yaşadığı və özünü atdığı binaya yollanıb. Məlum olub ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib. 

Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib.

O bildirib ki, bacısı oğlunu imtahana özü aparıb:

"İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi, sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah, qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib". 

N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən, haqqımı halal eləmirəm", - yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik". 

Dayısı deyib ki, P. Quliyev intihar edəndən sonra bir neçə saat sağ qalıb: "Əvvəlcə Sumqayıt xəstəxanasında ilkin tibbi yardım göstərildi. Ora aparanda təcili yardım maşınında Pənah ayıq idi, soruşdum ki, niyə belə etdin. Cavab vermədi, heç nə demədi. O xəstəxanada bizə dedilər ki, vəziyyəti ağırdır, Bakıya aparın. "Semaşko"ya apardıq, xəstəxananın həyətində həkimlər dedi təzyiqi sıfıra düşdü, heç xəstəxanaya çata bilmədik. Maşında vəfat etdi". 

N.Bayramov əlavə edib ki, P.Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

40 Şərh:

  • Anonim
    Aga · 14 May 18:15211

    Allah rehmed elesin anasina allahdan sebir

    Cavab yaz
  • Anonim
    T · 14 May 18:33104

    Hec deyermi iki dunyada da olan imtihani qazanmadin.ebedi heyatini cehenneme cevirdi.

    Cavab yaz
  • Anonim
    maqa · 14 May 18:36112

    deyerdimi hec intihar elemeye kecan il menim de bibim nevesi 12 yawinda intihar eledi helede bilinmir niye niye aileneze o cur daglar cekirsiz

    Cavab yaz
  • Anonim
    Dilek · 14 May 18:39132

    caaaaan ay balaaaa cannnnn anan qeder ureyim partladi bu ne xeber dunyamali ders hersey sene qurban olardi neyledin sen.........

    Cavab yaz
  • Anonim
    tt · 14 May 18:42100

    deymaz..cox aqilsiz hereketdi

    Cavab yaz
  • Anonim
    Zz · 14 May 19:0970

    Allah rehmet elesin.Anaya yeni heyat qur demisen amma ana bundan sonra ozune gele bilecekmi ay bala demek asandi

    Cavab yaz
  • Anonim
    QQ · 14 May 19:12110

    Ox ürətim agrıdı....Lap söz deyilmiş olsaydı da nə olacaqdı da .Kim danlanmayıb ki ,imtahandan zəif bal toplayanda.Amma anan da yazıq deyildimi ? Onu bu dünyada bu boyda dərdlə baş - başa qoyub getdin .Ata qəzaya qurban gedib ,Allahın işidir ,bəs sən cavan anaya ürək dirək verməkdənsə onun belini sındırdın .Allah özü səbr versin .Dərd nə qədər agır olsa da dözməliydin .Qaldi imtahandan az bal yigmaga vallah uşaqlar var ki ,3 dəfə cəhddən sonra universitetə qəbul ola bilib .Həm axı hələ təkrar bir dəfə də imtahan keçiriləcəkdi bir azdan,bəlkə onda çox bal toplayacaqdın .

    Cavab yaz
  • Anonim
    Z · 14 May 19:1810

    Bəlkədə onun bu hereketi kim ise intihar etmekden çekindirecey mes: -Mən-

    Cavab yaz
    • Anonim
      . · 14 May 20:2650

      Yaxınlarını, səni sevənləri fikirləş, ələlxüsus da ANANI

      Cavab yaz
    • Anonim
      Arzu · 14 May 20:2940

      Allah rehmet elesin can ana nece dozsun yerin cennet olsun sebr versin allah

      Cavab yaz
    • Anonim
      K · 14 May 20:3540

      Bu derd ile o ana ozune nece yaxsi heyat qursun. Anaya Allah sebr versin.

      Cavab yaz
    • Anonim
      suzan · 14 May 20:3570

      ananın həyatı sən idin. sənsiz həyat onun nəyinə lazımdı. övlad acısı, ürəyi dağlı ana bundan sonra həyat qurub xöşbəxt olar?

      Cavab yaz
    • Anonim
      Zya · 14 May 21:0630

      Intihar eleme belke o biri dunya burdan da beterdi.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 19:5350

    Ay daaaa cox pis oldum eee niye ele etdi ay Allahimmmmmm

    Cavab yaz
    • Anonim
      User · 14 May 23:0330

      Bu il qebul olunmadin gelen il hazirlashib girerdin instituta.Tutaq ki hec institut qurtarmadin ne olasidi.O geder ali tehsil teleb etmeyen gozel senetler var ki.Hami alim olmali deyilki.Cemiyyetde fehlede lazimdi ashbazda berberde.Teki senetivin ustasi olasan.

      Cavab yaz
  • Anonim
    Yağmur-S · 14 May 20:0070

    Ay insafsız bala ,adamda anasını ağlar qoyarmı? 2 ayın içinde 2 derdi bu ana nece götürsün.allah günahlarını bağışlasın,üreyim parçalandı

    Cavab yaz
  • Anonim
    melek b · 14 May 20:1860

    wok kecirdim(|(

    Cavab yaz
    • Anonim
      alsu · 14 May 21:4730

      evin tek oglu idin sen ay bala atani itirdiz facievi wekilde sende anana bir daha facie yawatdin bile bile urek direk de verirsen ki ozune hecne eleme gerek ki bu yolu secmeyeydin can bala anana arxa dayaq olardin heyf anan neler cekdi bir allah biler birde ureyinde rehim merhemet olanlar allah rehmet elesin ananada sebr versin

      Cavab yaz
  • Anonim
    melek · 14 May 20:3130

    Gire bilmedin canin sagolsun ammaa etmezdin bunu belkede 2 cide oz isdediyin balli yiga bilecekdin heyatin isini bilmek olmaz bezileri heyatda pullna guvenir ki men beleyem varim dovletim var usaqimi oxuduracam oxumasada olar amma pull heyatda her sey deyil Allah ailesine sebir versin mekanin cennet olsun

    Cavab yaz
  • Anonim
    İka.e · 14 May 20:4340

    Yazıq Ana....

    Cavab yaz
  • Anonim
    teselli · 14 May 20:4960

    qebul imtahani gunu anami itirdim. bilmirem meni nece imtahana apardilar nece o suallari yazdim. 12 il kecib helede hemin woku heyatimdan cixara bilmemisem. cox cetindi. Allah sebr versin anaya.

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 14 May 21:0540

    yaziq ananda can qoydun ki hele bir yeni heyat qur da deyirsen.Yaziq ananin eziyyetlerini elinde qoydun.

    Cavab yaz
  • Anonim
    MiruMir · 14 May 21:1030

    O ananin halini dusune bilmirem (((

    Cavab yaz
  • Anonim
    mamuska · 14 May 22:0370

    menim sozum boyukleredir-ovladlarinizin qedrini bilin,niye kesildin,niye az bal topladin,senin derslerine o boyda pul tokdum,niye instituta gire bilmedin ve s. Deymez...Ovlad ozune qesd edende en cox yanan,odda qovrulan sen olacaqsan....2008-ci ilde menim oglum da imtahan stressinden 268 bal yigib kece bilmedi.O vaxtlar imtahan Bakida kecirilirdi.Yoldasima zeng etdim ki,usaq az bal yigib,ona hec ne deme.Bu il olmaz,gelen il qebul olar.Amma usaga bir sey olsa,qorxusundan ozune qesd elese her iki dunyamiz qaralar.Bu gunku gune sukur,altdaki il hazirlasib ali mektebe qebul olundu.Heyat onsuz da cox qisadir,gelin onu daha tez qisaltmayaq.Balalarimizin qedrini bilek.Allah uzaq elesin,o qadin 25 gundur erini itirib,indi de oglu,ozu de evin tek usagi...O ana tek qaldi damin altinda...Dehset....Bundan sonra yeni heyat qura bilecekmi

    Cavab yaz
    • Anonim
      Arzu · 15 May 14:4310

      Aferin size, cox saglam duwunceli bir valideyinsiniz.Allah ovladinizi size bawatan versin. Duwuncesiz ovlad. Universitete girmezdi satici fehle olardi kubik dawiyaydi, stroykada iwleyeriydi zato anasinin yaninda olardi.Arxa-dayaq olardi.Ata bele, bu bele cavan gelin xeylagi qaldi ortaliqda...

      Cavab yaz
  • Anonim
    . · 14 May 23:2720

    hami ananin gununa niya aqlayir.yaziq oz genc caninaOmektubda cox mena var tuta bilmadizAna ozuna hayat qur demesi sanki anasina atasindan sora yolun aciqdi,day ere gede bilirsen demeydirEv qalsa sozu cox muammadirYazix bala hayif allax rahmat elasin

    Cavab yaz
  • Anonim
    wekili · 15 May 00:2140

    heyif mektub meni cox kovreltdi...fikirlewirem ki o mektubu yazandan sonra nece ALLAHIN emanetine qiya bildin?( yazmisan ki ana ozune hecne eleme, yeni heyat qur...axi nece?sen heyat yoldawini itirmiw bir qadinin tesellisi idin,umid menbeyi idin...genc qadinin heyati tamamile mehv oldu artiq...axi indi yeni qanun cixib abuturiyentler iki defe qebul imtahani vere biler may ve iyulda...indi yigmadin iyulda daha yaxwi oxuyub toplayardin isdediyin bali...heyif cavan canindan cox pis oldum ...qara paltarli qadina yene mezar bawinda aglayaraq omrunu curutmek qaldi...moderator werhimi verin zehmet olmasa

    Cavab yaz
  • Anonim
    _Krasaviç_ · 15 May 09:0710

    :((

    Cavab yaz
  • Anonim
    aea · 15 May 09:0810

    Allah rəhmət eləsin.... Dəyməzdi bu intihara cavan canın....

    Cavab yaz
  • Anonim
    Kami · 15 May 09:3920

    Men bawa duwmedim bu cumlenin menasini - "Evlərin hamısını anama verirəm, əgər qalsa." Hansi evler, niye eger qalsa? Bawa duwen oldusa bir izahat yazsin

    Cavab yaz
  • Anonim
    xanim · 15 May 10:0220

    Ay bala sən anana etdiyini etdin. Onun üçün bu dünya artıq cəhənnəmdir.. Bir ananın ən böyük acısı övlad acısıdır.

    Cavab yaz
  • Anonim
    ali · 15 May 11:4020

    Allah rəhməy elesin. Neyniyirəm o təhsili ki axırı belə qutaracaq.Anasına səbr

    Cavab yaz
  • Anonim
    Obyektiv · 15 May 12:1521

    Artıq əminliklıə və israrla bu fikirdəyəm, ali məktəblərə qəbul balları mütləq aşağı salınmalıdır. Qoy bütün uşaqlar ali məktəblərə qəbul olsunlar, elə onun stresidir uşaqları bu günə qoyan, intiharlara səbəb olan. Qəbul olmayanların bəzisi tay-tuşlarından geri qalmağının, bəzisi arzusuna çatmamağının, bəzisi valideynin üzünə baxa bilməməsinin və s. kimi səbəblərin stresinə düşür. Uşaqlara və xüsusən də valideynlərinə yazığınız gəlsin, bu lənətə gəlmiş ali təhsili belə əlçatmaz etməyin!

    Cavab yaz
    • Anonim
      İstanbul · 15 May 18:0700

      Bu fikirlə razı deyiləm. Ballar onsuzda aşağıdır. Əgər uşaq balı toplaya bilmirsə onda pul töküb hazırlaşmağa nə gərək var. Ondansa peşəyə yönəlsin istədiyi arzuladığı işlə məşğul olsun. Yox bal aşağı salınsın. Savadsızlar pulla oxuyub ixtisas qazansın. Sonra da deyin savadsız müəllimlər var savadsız həkimlər var vəs. Bizdə oxumaq diplom sadəcə göstəriş üçündür. Filankəsin uşağı ali məktəbə girib mən uşağım da girsin daha soruşmur uşağı nə istəyir. Hörmətli Milli.az bu şərhimi də verməsəz daha sizə deməyə sözüm yoxdur. Siz birdə oxumayacam.

      Cavab yaz
  • Anonim
    Xatirə Bayramova · 15 May 12:5010

    Allah yerini behişt eləsin.Allah anasına səbr versin.Qurban olum allaha nə gəlir elə yetim başına gəlir, allaha asi getməsin.

    Cavab yaz
  • Anonim
    Ahu · 15 May 13:1710

    Ay size qurban olum bu imtahanlarin badina nece analar gözu yasli qalacax. Bu kagiz qelem nece veten övladini bada verecek. Bu ballari bir az yungullesdirin xais edirik .

    Cavab yaz
  • Anonim
    Ahu · 15 May 13:1900

    Ay size qurban olum bu imtahanlarin badina nece analar gözu yasli qalacax. Bu kagiz qelem nece veten övladini bada verecek. Bu ballari bir az yungullesdirin xais edirik .

    Cavab yaz
  • Anonim
    Ahu · 15 May 13:3320

    Bele getse hec bir valideyn usagini oxumaga qoymayacax . Usaqa gözunun isigini qurban ver eziyetle böyut getsin bal toplaya bilmesin özunu öldursun cehennem olsun tehsil men sokdayam 2 il önce tanidigim bir qiz az bal yigdigina göre özunu caya atdi. Yaziq onun anasi neler cekdi . Kecen il bacisi en yuksek balla medinistuta qebul oldu amma o boyda balla ile 3 min ödenis yazix kasib aile usaqlarini itirmemekden ötru dilenib dolanib ödenisi edirler. Xais edirik ballari asagi salin bu gözu yasli qalanlarin gunahini almayin onsuzda heyat amansizdi gece yatib seher oyanmirsan.amma bu cur ölum intihar hec yere göye sigmir.

    Cavab yaz
  • Anonim
    K · 15 May 13:3410

    ay bala niyə belə etdin guya ali təhsillilərə iş tökülüb çoxusu işsizdir ALLAH rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    A.S. · 15 May 14:4100

    Allah rəhmət eləsin.Anasına və bütün qohumlarına səbr diləyirəm.Xahiş edirəm bir də intihar haqqında nə mətbuatda nə televiziya verilişlərində məlumat verilməsin.Bu gənclərə pıs təsir edir.Ümumiyyətlə intihar haqqında verilən xəbərlərə qadağa qoyulmalıdır!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.