Ölkə

Ağacların soyqırımının qarşısını alan şəxsə təşəkkür edildi - Nazirlikdən çağırış

14 May 2018 17:51
1 Şərh     Baxış: 1 079

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı təbiəti mühafizə siyasətinə,  ekoloji mədəniyyətə, təbii resursları qorumağa yönəldilən  tədbirləri dəstəkləməyə, ətraf mühitə dair məsələlərdə fəallıq göstərərək həmrəy olmağa çağırır. 

Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətinə və həyəcan təbili çaldığına görə Suraxanı rayonu Yeni Günəşli "A-B" yaşayış massivində yaşayan Rövşən Qafarova dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqeyini yüksək qiymətləndirir.

ETSN-dən Milli.Az-a verilən məlumata görə, məhz onun ictimai nəzarəti sayəsində Suraxanı rayonu Yeni Günəşli "A-B" yaşayış massivində yeni yaşayış binasının layihələndirilməsi üçün "Abşeron-M" MMC-yə ayrılan 0,3 ha torpaq sahəsində bioloji inkişafda olan yaş köküstə 20-28 sm diametrliyində 8 ədəd sərv və şam ağacı, 8 sm diametrliyində tuya kolunun kəsilməsinin qarşısı alınıb.

R.Qafarovun "Abşeron-M" MMC tərəfindən ağacların məhv edilməsi təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyi müraciət Nazirliyin əməkdaşları tərəfindən özünün iştirakı ilə araşdırılıb və ağacların mühafizə edilməsi üçün "Abşeron-M" MMC-yə icrası məcburi olan müddətli "məcburi göstəriş verilib. Nazirliyin əməkdaşları tərəfindən ərazi və "məcburi göstəriş"in icrası nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların müraciətlərinə  diqqətlə yanaşır, daxil olan müraciətləri operativ olaraq araşdırır və qanunamüvafiq tədbirlər görür.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    du er ikke alene · 14 May 20:0700

    agaclarin soyqirimi))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.