Ölkə

Azərbaycanda Gömrük Məcəlləsinə dəyişikliklər hazırlanır

14 May 2018 16:34
0 Şərh     Baxış: 1 385

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Məcəlləsinə dəyişikliklər paketini hazırlayır.

Milli.Az Trend-iə istinadən xəbər verir ki, bunu DGK-nin Fəaliyyətin dəyərləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

İ.Babayev bildirib ki, dəyişikliklər paketi yaxın zamanlarda baxılması üçün hökumətə təqdim olunacaq:

"Son dövrlərdə idxal-ixrac əməliyyatları ilə bağlı fəaliyyətimiz Vergilər Nazirliyi ilə birgə nizamlanır ki, dəyişikliklərin bir hissəsi bu faktla bağlı olacaq. Ümumilikdə isə dəyişikliklər gömrük prosedurlarının sadələşdirilməsi, gömrük-buraxılışı məntəqələrindən sürətli keçidin təmin olunması ilə əlaqədardır".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.