Ölkə

Ramiz Məlik Məleykə Əsədovaya 1000 manat ödəməlidir - "Məni və ailəmi alçaltdı" - FOTO

14 May 2018 16:04
16 Şərh     Baxış: 6 015

16:04

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin Nəsimi Rayon Məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti araşdırılıb.

Prosesdə çıxış edən M.Əsədova həmkarının onu mətbuat vasitəsilə təhqir etdiyini bildirib: "Səkkiz aydır əsəb keçirirəm. Ramiz Məlik məni mətbuatda alçaldıb, təhqir edib. O, hətta mənim ailəmi alçaldıb".

M.Əsədovanın vəkili Ceyhun Yusifov da çıxışında deyib ki, R.Məlikdən 200 min manat təzminatın tutulmasını və mətbuatda təkzib verməsini istəyib.

R.Məlik isə çıxışında deyib ki, evdə olmayan zaman M.Əsədova zəng edib, ailəsini təhqir edib: "Hətta söyləyib ki, qız nəvəmi də oğurlatdıracaq".

M.Əsədova isə onun dedikləri ilə razı olmadığını, R.Məlikin yalan danışdığını qeyd edib.

R.Məlikin vəkili Türkel Süleymanlı çıxışında söyləyib ki, müvəkkili heç bir KİV-ə müsahibə verməyib. O, qarşı tərəfin iddiasının təmin edilməməsini istəyib.

Məhkəmənin qərarına əsasən, R.Məlik mətbuatda təkzib verəcək və M.Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.

Qeyd edək ki, M.Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R.Məlik tərəfindən şərəf və ləyaqətinin təhqir olunmasına görə 200 min manat məbləğində təzminat tələb edib.

R.Məlikin vəkili T.Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın da R.Məliki təhqir etdiyini deyib və buna görə 300 min manatlıq təzminat istəyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

----------
15:48

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə xalq artisti Məleykə Əsədova və xalq artisti Ramiz Məlikin özlərinin də iştirak ediyi elan olunub.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    malades · 14 May 15:54115

    Məleykədən zəhləm gedir.

    Cavab yaz
  • Anonim
    xose iqnasio · 14 May 15:5783

    bunlardan har iksindan xalq artisti ad alınsa lap yaxşı olar

    Cavab yaz
    • Anonim
      Rauf · 14 May 17:2604

      Hər ikisindən yox,

      Cavab yaz
  • Anonim
    Gülüm · 14 May 16:1851

    Utanmazlar. Sizin şərəf və ləyaqətiniz 200-300min manatlıqdı?. Heyf o addanki sizə verilib.

    Cavab yaz
    • Anonim
      Anar · 14 May 17:3830

      Yox o qədər deyil, məhkəmə söhbəti 1000 manata həll edib

      Cavab yaz
  • Anonim
    @@ · 14 May 16:1892

    olmayan bir seyin mehkemesi gedir cox qeribedir

    Cavab yaz
  • Anonim
    lale · 14 May 16:3285

    Bu qadin ne danisir he... Iki yuz min manat .Aglu casib deyesen Sene neyneyib ki o qeder tezminat isteyirsen. Ele bilir Ramiz oilqarxdi.Pulu qurtarib deyesen bilmir kimi heriflesin

    Cavab yaz
  • Anonim
    asi · 14 May 16:3464

    Elə bil ki, həkimə, müəllimə deyirsən ki, sən həkimsən, müəllimsən, o da gedib məhkəməyə verir ki, məni təhqir edibsən...

    Cavab yaz
  • Anonim
    Gulnar · 14 May 16:39411

    Ramiz melik tezminat odesin agli basina gelsin birde bosbogazliq etmesin

    Cavab yaz
  • Anonim
    Rauf · 14 May 17:1911

    Şərəf və ləyaqətin dəyərini bilmirdim. Deməli 200000 manat imiş...

    Cavab yaz
  • Anonim
    nn · 14 May 17:3222

    Ay millət gözünüz aydın Mələykə xanım varlandı.

    Cavab yaz
    • Anonim
      J · 15 May 20:3400

      Onun varlanmaga ehtiyaci yoxdu.onsuzda eledi

      Cavab yaz
  • Anonim
    Taksi · 14 May 18:5431

    Sən komsən axı ay Məleykəəəə Ramiz bəy qoy kasıblara əl tutsun sənin pullun yoxdur???? Həzi aslanov qəsəbəsində sənin imarətin var bəs etmir?? Ayıb olsun sənə ay Məleykə

    Cavab yaz
  • Anonim
    dagli qizi · 14 May 20:5032

    Gorunur Meleykenin arxasinda cooox guclu kimse durub, yoxsa o kimdir ki, atasi yawinda olan kiwini mehkemeye verir ve udur....Yaziq Ramiz Melik Amerikani kewf elemeyib ki, olani deyib deeeee....

    Cavab yaz
    • Anonim
      alsu · 14 May 22:3420

      amma her kesin ailesi xususende anasi cox cox ezizdir daniwandada sozu biwirib cixarasan soz cixdi senin deyil birde agir tehqir elemek olmaz axi eleki qarwindaki qadindir qlinc yarasi sagalar amma soz yarasi sagalmaz

      Cavab yaz
  • Anonim
    Hele · 15 May 00:1311

    1000 manatda coxdu meleykeye

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.