Ölkə

Talaçay daşdı: 4 nəfər son anda xilas edildi

14 May 2018 15:35
1 Şərh     Baxış: 1 433

Zaqatala rayonu ərazisində Talaçayın məcrasından çıxması nəticəsində 4 nəfər sel təhlükəsi ilə üzləşib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə rayon icra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, aramsız yağışlar nəticəsində Talaçay daşıb və Mazıx kəndində təhlükə yaradıb: "Hadisə nəticəsində kəndin sahəsində arıçılıqla məşğul olan 4 nəfər evə qayıdarkən təhlükəli sellə rastlaşıb. Sakinlər boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediləndən sonra onların həyatını xilas etmək mümkün olub. Sakinlər xilas edilərək ailələrinə təhvil verilib, hazırda onların vəziyyəti qənaətbəxşdir".

Qeyd edək ki, mayın 11-dən 13-dək Zaqatala rayonuna güclü yağış yağıb. Hadisə nəticəsində Talaçayın Zaqatala rayonundan keçən hissəsində daşqın olub, 10-a yaxın kəndi su basıb, vətəndaşların əkin sahələri məhv olub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mamlyuk · 14 May 21:2300

    Nə qədər axmaq və savadsız yazıdır.İnsanlar daşan çaya düşüblər, sel isə onları aparmayıb, gözləyib ki, 5-6 saatdan sonra xilasedicilər gəlib onları xilas etsinlər. Görünür ki, Zaqataladakı sel çox ağıllı və insaflı imiş!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.