Ölkə

Nazir baş həkimi işdən çıxardı

10 May 2018 12:56
0 Şərh     Baxış: 8 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Şamaxı RMX-nın baş həkimi Elxan Məmmədov vəzifəsindən azad edilib. 

E.Məmmədov "Report"un yerli bürosuna öz ərizəsi ilə işdən ayrıldığını bildirib: "8 il idi bu vəzifəni tuturdum. Artıq səhhətimdə yaranan problemlər səbəbi ilə öz ərizəmlə işdən azad olunmuşam". 

Qeyd edək ki, xəstəxanaya yeni baş həkim təytinatı da olub. Xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu Səməd Bəşarətdin oğlu Fətəliyev Şamaxı RMX-nın baş həkimi vəzifəsinə təyin edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.