Ölkə

Sabah Bakının bəzi yollarında hərəkət istiqaməti dəyişdiriləcək

9 May 2018 10:01
Baxış: 2 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə paytaxtın bir sıra avtomobil yollarında hərəkət istiqaməti dəyişdiriləcəkdir.

Bu barədə Milli.Az-a Bakı şəhər BPİ  Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Bölmə rəisinin verdiyi məlumata görə, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti - Fəxri Xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaqdır: 

"Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər".

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.