Ölkə

Sabunçuda seyf oğurlayan şəxslər saxlanıldı

26 Aprel 2018 15:58
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçuda inzibati binadan seyf oğurlanıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə rayon ərazisindəki inzibati binaların birindən 3 ədəd notbuk və içərisində 2275 manat pul olan seyfin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilib.

13-cü Polis Bölməsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Hüseynov və Vüsal Kərimli saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.