Ölkə

Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işini prokurorluğa qaytarıb

26 Aprel 2018 15:38
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin cinayət işi ibtidai istintaqa qaytarılıb.

Milli.Az xəbər verir ki, zərərçəkmiş şəxsin vəkili Hafiz Ələsgərov APA-ya deyib ki, bu işə iki ilə yaxındır ki, Yasamal Rayon Məhkəməsində baxılırdı. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.

Qeyd edək ki, 2015-ci ilin mart ayında "StarMed" klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Leyla Mürsəlova dünyasını dəyişib. Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.