Ölkə

Bakıda maskalı şəxslər mağazaya basqın etdilər

26 Aprel 2018 13:45
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda maskalı şəxslər mağazaya basqın ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, aprelin 23-də DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Xətai rayonu ərazisindəki mağazaların birindən quldurluq yolu ilə pul aparılması barədə müraciət daxil olub.  

Məlumatla əlaqədar dərhal Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, gecə saat 1 radələrində G.Mehmandarov küçəsindəki mağazaya gəlmiş 2 maskalı şəxs satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək kassadakı 230 manat pulu aparıblar.         

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 35-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər saxlanılıblar.  

Araşdırmalarla onların Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə olduqları müəyyənləşib.          

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.