Ölkə

Mariana Vasileva: "Bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi dinamik olacaq"

25 Aprel 2018 18:50
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi dinamik və maraqlı olacaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə mərasimin quruluşçusu, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçinin sözlərinə görə, mərasimin əsas mövzusu dörd ünsürün qarşılıqlı fəaliyyətinə həsr olunacaq:

"Adəti üzrə, mərasimdə bütün gimnastika növlərini təmsil edən idmançılar, eləcə də xoreoqraflarmız iştirak edəcək. Açılışın əsas mövzusu dörd ünsürün - od, torpaq, hava və suyun qarşılıqlı fəaliyyətidir. Mövzu çox ciddidir, biz göstərmək istəyirik ki, planetimiz bu dörd ünüsürün əlaqəsi nəticəsində mövcuddur. Onlar təkcə Yerin deyil, həm də idmanın hərəkətverici qüvvəsidir".

M.Vasileva əlavə edib ki, Dünya Kubokunun açılışına hazırlıq bu il çox çətin keçib:

"Bu il bizim sıx cədvəlimiz var idi, ona görə də açılışa hazırlıq çətin keçdi. Əvvəlcə idman gimnastikası üzrə Dünya Kuboku, sonra batut gimnastikası üzrə Avropa çempionatı və daha sonra "AGF Junior Trophy" baş tutdu. Hazırlıq ağır oldu, amma fikrimcə, açılış mərasimini hər kəs bəyənəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.