Ölkə

46 qız zorladığı deyilən falçının sevgilisi ilə GÖRÜNTÜLƏRİ: "Məndə qızların videoları da var"

25 Aprel 2018 17:55
3 Şərh     Baxış: 8 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

50-yə yaxın qızı zorladığı iddia edilən falçının daha bir qurbanı nişanlı qız imiş.
 
Bu barədə jurnalist Xalidə Gəray məlumat verib. Onun sözlərinə görə qurbanların sayı çoxdur. Daha sonra bölgələrin birində oxşar hadisənin baş verməsi ilə bağlı da tamaşaçılara məlumat verilib. 

Milli.Az azxeber-ə istinadən xəbər verir ki,  falçı olduğu iddia olunan Ramil Talıbov "Space" TV-yə danışaraq həmin qızın onun sevgilisi olduğunu və bu olayın arxasında qısqanclığın dayandığını iddia edib. R.Talıbov onu zorladığını iddia edən qızla çəkilmiş fotolarını göstərib. 
 
Qeyd edək ki, bir neçə gündür ki, ölkə gündəmini zəbt edən olay geniş müzakirələrə səbəb olub. İki gənc qız mətbuat vasitəsi ilə yanına getdikləri falçının onları zorladığını iddia edib. İddiaya görə, 46 qız eyni aqibəti yaşayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.