Ölkə

Aeroporta gedən avtobusların marşrutu dəyişildi

25 Aprel 2018 15:00
3 Şərh     Baxış: 3 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti H1 Express Hava limanı xətti sərnişinlərinə müraciət edib.

Milli.Az xəbər verir ki, qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları və Sabunçu yol qovşağından, Böyükşor yol qovşağınadək olan hissəsində aparılan yol təmir işləri ilə əlaqədar olaraq H1 Express Hava limanı xətti istiqamətində hərəkət edən avtobuslar müvəqqəti olaraq marşrut xətti dəyişib:

"Bu məqsədlə H-1 Express Hava limanı xətti üzrə hərəkət edən avtobuslar 28 May m\st-ndan D.Əliyeva küç , K.Səfərəliyeva küç, Neftçilər pr., Nobel pr, Zığ yolu, Zığ beton yolu ilə və Hava Limanına və əks istiqamətdə Zığ beton yolu, Zığ yolu, Nobel pr, Xocalı pr (Ş.İ.Xətai m\st-ı), Y.Səfərov küç. 28 May m\s istiqaməti üzrə hərəkət edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.