Ölkə

"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib - FOTO

24 Aprel 2018 15:43
Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə gürzlərlə və lentlə hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, yarışların direktoru Natalya Bulanova, Bakı Gimnastika Məktəbinin direktoru Xaqani Fərəcov, və bədii gimnastika üzrə Azərbaycan milli komandasının məşqçiləri Yasena Stoyneva, Vəfa Bakarova və Meylə Bəsriyeva təqdim edib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.
Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.

Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.