Ölkə

Azerbaijan Golden Kids Awards 2018 layihəsinin ilk nominantları bəlli oldu - FOTO

24 Aprel 2018 18:18
Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən AZERBAIJAN GOLDEN KIDS AWARDS 2018 layihəsinə nominantlığını irəli sürən iştirakçıların bir qismi artq bəlli olub. Belə ki, incəsənətin bir çox sahələrindən uşaqlar layihəyə qatılıblar.

Layihə rəhbəri Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə layihəyə qatılan uşaqlar həqiqətən də uşaq olmaqlarına baxmayaraq indiyə qədər artıq özlərinə görə sözlərini demişlər. Azərbaycan torpağı hər zaman istedadlar yetirir. Layihənin qala gecəsində həmin bu uşaqları tanımayanlar da taniyacaq.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi günündə AZERBAIJAN GOLDEN KIDS AWARDS 2018 uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunacaq.

Layihə Azərbaycan Cümhuriyyətinin 100-cü il yubileyi münasibəti ilə keçirilir.

Layihənin keçirilməsində məqsəd 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

Aşağıdakı nominasiyalar üzrə qalibləri mükafatlandıracaqlar:

  • Ən yaxşı rəssam
  • Ən yaxşı vokal ifaçı
  • Ən yaxşı pop ifaçı
  • Ən yaxşı pop qrup
  • Ən yaxşı model
  • Ən yaxşı pianoçu
  • Ən yaxşı skripka ifaçısı
  • Ən yaxşı uşaq xoru
  • Ən yaxşı rəqqas
  • Ən yaxşı rəqqasə
  • Ən yaxşı rəqs ansamblı
  • Ən yaxşı aktyor
  • Ən yaxşı aktrisa
  • Ən yaxşı aparıcı
  • Ən yaxşı şahmatçı
  • Ən yaxşı idmançı

Nominantlığını irəli sürən nominantların tanıtım posterləri sosial şəbəkələrdə və mediada aprel və may ayları ərzində yayılacaq.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi  2 iyun 2018 - ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər nominasiyalar üzrə mükafatlandırılacaq. Digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif olunacaq.

Layihədə iştirak etmək istəyənlər 05 may 2018-ci il tarixinə qədər ərizə fomasını dolduraraq öz CV, fotoşəkil və video çarxlarını [email protected] email  ünvanına göndərə bilərlər.

Qeyd edək ki, layihənin tərəfdaşı  Nizami Kino Mərkəzidir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

ASAN Radio, Trend.az, Day.az, Milli.az, Azernews.az, 4kids.az, azpress.az saytlarıdır.

Əlaqə:  051 515 14 05  

Nominantların şəkillərindən ibarət posterləri sizə təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.