Ölkə

Bakının qoçu sürücüsü - Həm qayda pozur, həm də “trasda” təpik atır - VİDEO

24 Aprel 2018 14:19
13 Şərh     Baxış: 19 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 23-də Bakı-Ələt yolunun 34-cü kilometrində yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü avtosfer.az-ın kamerasına düşüb.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və onun nömrəsini qeydə aldıqdan sonra yenidən yoluna davam edib. Bundan qəzəblənən 90-SO-003 qeydiyyat nişanlı "BMW"- nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub. 

Bundan sonra onlar yenidən avtomobillə arxasıyca gedərək bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər.Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub. Nəticədə avtomobilin banı əzilib və sürücüyə maddi və mənəvi ziyan vurublar. Sürücü dərhal DİN-in 102 qaynar xəttinə şikayət edib.

Görünür ki, yolda oyun çıxararaq özlərini haqlı bilən sürücü və sərnişin kimlərəsə arxayındır. Ona görə də bu şəxslər barədə ciddi araşdırma apararaq barələrində tədbir görmək lazımdır ki, bu cür qudurğanlıq etməsinlər.

Avtosfer.az-ın əməkdaşı olan zərərçəkmiş sürücü həmin şəxslər barəsində yuxarı instansiyalara müraciət edəcəyini bildirir. Qeyd edək ki, həmin avtomobildə qadağan edilmiş səs siqnalı da var. Videoda səs aydın şəkildə eşidilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakının qoçu sürücüsü - Həm qayda pozur, həm də

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.