Ölkə

Taxoqraflardan istifadə etməyənlər cərimələnəcəklər, amma bu il yox

24 Aprel 2018 10:45
0 Şərh     Baxış: 1 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan başqa bir dəyişiklik taxoqrafdan istifadə ilə bağlıdır. Bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir.

Yenilik odur ki, 1 yanvar 2019-cu ildən daxili daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcəklər.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

O, bunun hansı nəqliyyat vasitələrinə şamil edəriləcəyini belə açıqlayıb: "Ölkədaxili daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün məcburidir:

- icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar istisna olmaqla);

- şəhərlararası (rayonlararası) sərnişin daşımalarında istıfadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən az olanlar istisna olmaqla).

Şəhəriçi avtobuslar və taksilər üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur".

Ekspert taxoqraflara görə, cərimə məsələsinə də aydınlıq gətirib: "Bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi. Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir.

Deməli, bu gündən başlayaraq 1 yanvar 2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz.

Amma ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil".

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.