Ölkə

MTN-in iki əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı - YENİLƏNİB - VİDEO

23 Aprel 2018 16:12
1 Şərh     Baxış: 22 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:12

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları, Elşad Əzizov, Fərhad Atayev, general Natavan Mirvətova və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report.az-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elşad Əzizov və Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Barəsində həbs qətimkan tədbiri olmayan Natavan Mirvətovaya da barəsində 5 il sınaq müddəti olmaqla şərti cəza verilib.

---------

11:20

Bu gün MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm oxunacaq. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hökmün saat 10-da elan olunmasına başlayacağı gözlənilir. 

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək general Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyev 15 il, Natiq Əliyev 14 il,  Zaur Məmmədov 13 il, Elşad Əzizov 8 il, Fərhad Atayev 7 il , Anar Şirəliyev 7 il, Eşqin Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını istəyib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini istəyib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xanım generalın azadlıqda son görüntüsü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.