Ölkə

Həbs olunmuş “Quska” Azərbaycana belə gətirildi - YENİLƏNİB - VİDEO - FOTO

23 Aprel 2018 11:51
20 Şərh     Baxış: 18 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:51

Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska" ləqəbli Hüseyn Abdullayevin Azərbaycana ekstradisiyasının görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən həmin kadrları təqdim edir.

Qeyd edək ki, H. Abdullayev iki gün əvvəl Türkiyədə saxlanılıb. O, vergi cinayətlərində ittiham olunaraq axtarışa verilmişdi.

Videonu izləmək üçün şəklə klikləyin:
Həbs olunmuş "Quska" Bakı hava limanında

----------
10:56

Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo" saytı yayıb. 

2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

---------
10:30

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseyn Abdullayev saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Abdullayevin həbsi və ekstradisiyası iki ölkənin arasında əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilib. 

Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işi başlanılıb. 

Bakı aeroportunda Hüseyn Abdullayevin ekstradisiyasını özündə əks etdirən kadrları təqdim edirik:

----------
09:43

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska" ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.