Ölkə

Bir "dindar"ın gülləsinə qurban gedən polisin şərəfli xidmət yolu - FOTO

21 Aprel 2018 13:15
2 Şərh     Baxış: 6 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanlarında vətənini sevən, xidməti borcunu ləyaqətlə yetirən, lazım gəldiyi anda bu yolda canını belə qurban verən əməkdaşlar həmişə olub və onların daim xatırlanacaq ləyaqətli xidməti qürur yerimizdir.

Asayişin, sabitliyin qorunması yolunda canını belə əsirgəməyən əməkdaşlardan biri də Xanlar Balamətovdur. O, Qusar rayon Əcəxur kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidməti borcunu yerinə yetirdikdən sonra Bakı şəhərində ali təhsil alıb. 1980-ci illərdə daxili işlər orqanlarında sıravi kimi xidmətə başlayıb. Bir müddət sonra Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsinə daxil olub. Təhsilini başa vuraraq Qusar Rayon Polis Şöbəsində polis sahə inspektoru vəzifəsinə təyin olunub.

 

Xidmətinin ilk illərində Xanlar dəfələrlə Şuşaya ezam olunub, qanlı döyüşlərdə iştirak edib.

Sonradan Qusar Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsində sahə rəisi işləyən X.Balamətov rayon ərazisində cinayətkarlığa qarşı keçirilən əməliyyat tədbirlərində iştirak edib, çətin tapşırıqların öhdəsindən peşəkarlıqla gəlib.

2001-ci il mayın 24 -də Rayon Polis Şöbəsinə Əcəxuroba kənd yaxınlığındaki evlərdən birində ağır cinayətlər törətməkdə təqsirləndirilən radikal dini cərəyan üzvlərinin olması barədə məlumat daxil oldu. Yaradılan əməliyyat qrupunda polis kapitanı X.Balamətov da iştirak edirdi. Məlumatla əlaqədar göstərilən ünvana gələn polis əməkdaşları ilə cinayətkarlar arasında qarşıdurma oldu. Radikal qruplaşma üzvləri tərəfindən açılan atəş nəticəsində X.Balamətov 2 gülləyə tuş gəldi. Baş və ayaq nahiyyəsindən yaralanan polis kapitanı hadisə yerində dünyasını dəyişdi.

Aradan illər ötsə də, xalqımız mərd oğullarını unutmur, əksinə, onların əziz xatirəsini daima qəlbində yaşadır. Polis kapitanı Xanlar Balamətov da onlardan biridir. Bu gün onun xidmət yoldaşları şəhid əməkdaşların xatirəsinə yaradılan güşəyə baxdıqca öz paqondaşlarıyla fəxr edir, onlarla qürur duyurlar.

Polis leytenantı Nizam Həmidov

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.