Ölkə

Azərbaycan ərazisinə 12 sm hündürlüyündə qar yağdı

21 Aprel 2018 12:25
0 Şərh     Baxış: 4 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Milli.Az-a əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində aprelin 20-dən 21-i səhərədək hava şəraiti qeyri-sabit olub, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-10, Kiçik Qafqazda 12-36, Mərkəzi-Aran rayonlarında 1-10, Böyük Qafqazda 1-8, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 1-4, Lənkəran-Astara zonasında 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Qırızda 12, Xınalıqda 10, Dəstəfürçay Qaraqollarda (Daşkəsən), Gəncəçay Alaxançallıda (Daşkəsən) və Şahdağda 5 sm olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.