Ölkə

Bakıda evə silahlı basqın: ev sahibi bıçaqlandı

21 Aprel 2018 12:48
0 Şərh     Baxış: 2 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda silahlı şəxslər evə basqın edib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb etmiş, istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döymüş, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.