Ölkə

Biz hər şeyə hazırıq - Tom Buçer

20 Aprel 2018 18:45
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trek trekdir, Bakı da Bakıdır. Biz hər şeyə hazırıq. Biz Bakıda istənilən hava şəraitində yarışı keçirməyə hazırıq".

Bunu Milli.Az-ın bu il yağış və küclü külək olacağı təqdirdə Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinin necə keçiriləcəyi və yarışa hazırlıqla bağlı sualına cavab olaraq Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Tikinti şöbəsinin rəhbəri Tom Buçer deyib.

O, həmçinin əlavə edib ki, bir həftə sonra tamaşaçılar Bakı küçələrində pilotların gərgin və gözəl mübarizəsinin şahidi olacaqlar və bunun üçün lazım olan bütün işlər görülüb:

"İndiyədək hazırlıq işlərinin 90 faizi həyata keçirilib. Gələn həftə ötən illərdə olduğu kimi Bakı Şəhər Halqası üzrə trekin ərazisinə düşən küçələri bağlayacağıq. Pit binası, eyni zamanda komanda binaları, qarajlar artıq tam hazırdır. Tribunalardakı işlərin də 95 faizi yekunlaşıb. Qalan işlər isə növbəti günlərdə tamamlanacaq. Bir həftə sonra hamı burda çox gözəl bir yarış izləyə biləcək. Dəniz və dəmir yolu ilə gələn bütün yüklərin də hamısı artıq gəlib Bakıya çatıb. Növbəti həftənin əvvəlində isə Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri trekə baş çəkib son yoxlama işləri aparacaqlar.
Əyləncə tədbirləri isə ötən ildəkinə nisbətən qat-qat çox və daha möhtəşəm olacaq. Ona görə də ailənizə, yaxınlarınıza tövsiyə edə bilərsiniz ki, Qran Pri yarışına gəlib gözəl anlar yaşasınlar".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2018-ci il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək. Bu, sayca Bakıda keçiriləcək 3-cü Qran Pri yarışı olacaq.

Xatırladaq ki, bundan əvvəl 2016 və 2017-ci illərdə Bakıda Formula 1 üzrə Qran Pri yarışları təşkil edilib.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.