Ölkə

Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün YENİ ADDIM

20 Aprel 2018 16:20
0 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın zamanlarda Azərbaycanda 2018-2020-ci illər üçün "Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı" təqdim olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Səhiyyə və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

Assosiasiya sədri bildirib ki, bu plan əsasən brendinq və beynəlxalq sertifikatların alınması məsələlərini əhatə edəcək.

R.Quliyev xatırladıb ki, bu il Azərbaycanda həmçinin Dövlət Turizm Reyestrini işə salmaq planlaşdırılır. O əlavə edib ki, Dünya Sağlamlıq Turizmi Təşkilatında sədrliyin Azərbaycana keçməsi ölkədə turizmin inkişafına xidmət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.