Ölkə

Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər

20 Aprel 2018 14:27
0 Şərh     Baxış: 2 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasının gündəliyinə 3 məsələ - Ombudsmanın illik məruzəsi, "Kütləvi informasiya vasitələri haqqında" və "Müəllif hüquqları və əlaqəli şəxslər haqqında" qanunlara dəyişiklikləri daxil edilib.

"Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə
məşğul olan şəxslər sponsor ola bilməzlər.

Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yenu məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur, yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur: "Haqsız, qeyri-dəqiq və gizli reklam "Reklam haqqında" qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.