Ölkə

Ağsuçayın beton layları uçdu - Rayonda evlər TƏHLÜKƏ ALTINDA

20 Aprel 2018 13:09
0 Şərh     Baxış: 2 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində daha bir təhlükə yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Ağsu rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, çayın rayonun "20 yanvar" küçəsindən keçən hissəsində beton laylar qopub. Nəticədə çay həmin küçədəki evlərə təhlükə yarada bilər: "Həmin ərazi bir-neçə il əvvəl betonlanmışdı. Lakin, son vaxtlarda yağıntının miqdarının çox olmasından çay məcrasından çıxaraq rayon ərazisində bir neçə evə təhlükə yaratdı. Bunun qarşısını almaq üçün çayın məcrasını dəyişdik, həmin evlərə yaranan təhlükənin qarşısını aldıq. Məsələ ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə müraciət edib və problemin qarşısının alınmasını xahiş etmişik".

Xatırladaq ki, bir müddət əvvəl Ağsuçay daşaraq çayın kənarındakı bəndləri yumuşdu. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaratmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.