Ölkə

Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə müzakirə olunacaq

20 Aprel 2018 11:04
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda bəzi tikinti şirkətləri tərəfindən istifadəyə verilən və ya tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması çoxsaylı ailələrin hüquqlarının pozulmasına səbəb olub".

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, Müvəkkil bu şikayətlərdə əks etdirilmiş halların yoxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciətlər edib.

Məruzədə qeyd olunub ki, bəzi müraciətlərdə bir sıra mənzil-tikinti koorperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar öz əksini tapıb: "Qeyd edilənlər baxımından, İqtisadiyyat və Vergilər nazirlikləri, habelə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədəmüvafiqdir".

Sənəd Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.