Ölkə

Təcili yardım çağırdılar, həkimlər ''Jiquli''də gəldi - AZƏRBAYCANDA

19 Aprel 2018 15:38
1 Şərh     Baxış: 2 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş rayonunda səhiyyə adına utanc gətirən hadisə baş verib.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, xəstələnmiş uşaq üçün təcili yardım çağırılıb. Həkimlər isə təcili yardım maşınında deyil, ''VAZ-21011'' markalı köhnə avtomobildə gəliblər. Onlar uşağı elə həmin köhnə avtomobillə xəstəxanaya çatdırıblar.

Həkim təcili yardım maşını ilə gəlməməsinin səbəbini xəstənin uzaqda olması ilə izah edib.

Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimin mövqeyini öyrənmək mümkün olmadı. Xəstəxanadan Criminal.az saytına bildirildi ki, baş vermiş hadisə araşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.