Ölkə

Toyda tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

19 Aprel 2018 14:27
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Vilayət Məmmədovun cinayət iş üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilən V.Məmmədov tanışı Roman Dəmirovu bıçaqlayıb.

Hadisə ötən il Şabran rayonunda baş verib. Onlar birlikdə toy məclisində iştirak edib və sonra tərəflər arasında mübahisə yaranıb. Hər iki şəxs şadlıq sarayından çıxaraq mübahisələrini bayırda davam etdiriblər.

Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib və V.Məmmədov restorandan götürdüyü bıçaqla R.Dəmirova bir zərbə endirib.

Məlumata görə, hər iki şəxs içkili olub və aralarındakı mübahisə də bundan sonra başlayıb.

R.Dəmirov xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Məhkəmədə məlum olib ki, tərəflər arasında barışıq əldə edilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan V.Məmmədovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.