Ölkə

Tanınmış idmançıdan "Rahat market"ə etiraz: "Onu edən azərbaycanlı deyil" - VİDEO - FOTO

19 Aprel 2018 14:09
17 Şərh     Baxış: 5 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış idmançı, Azərbaycanın xanımlardan ibarət Kikboks yığmasının məşqçisi Anar Süleyman "Rahat Market"ə sərt etiraz edib.
 
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, buna səbəb "Nefçilər" metrostansiyasının yaxınlığında yerləşən "Rahat" marketdən oğurluq zamanı mühafizəçilərin həmin şəxsi döyməsi haqda xəbər olub. 
 
Anar Süleymanov bu haqda sosial şəbəkədə yazıb: Dünən "Rahat" marketden bir kişi çörək, şokolad oğurlayıb. Bu kişini oradakı mühafizəçilər al-qana boyayıb. O marketin yerini bilən varsa, mənə yazsın. Mən də gedib, götürəcəm nəsə. Görək, nə baş verir. 100 faiz azərbaycanlı deyil o gədələr".  
 
Xatırladaq ki, musavat.com-un xəbərində qeyd olunub ki, mühafizəçilər həmin gənci döyüblər: "30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq şokolod, çörək və digər bir neçə ərzaq məhsulunu oğurlayarkən marketin mühafizəçiləri tərəfindən saxlanılıb. Daha sonra həmin şəxs marketin mühafizə kabinetinə aparılıb. Bir neçə dəqiqədən sonra oğurluq edən şəxs sifəti qanlar içərisində marketdən qaçmağa cəhd edib. O, bayıra çıxmağa cəhd göstərsə də, mühafizəçi və başqa bir mülki geyimdə olan şəxs tərəfindən yenidən saxlanılıb. Həmin şəxsin kim olduğu isə, hələlik bəlli deyil. Maraqlı məqam odur ki, mülki geyimdə olan şəxs oğurluq edənə "qaçsan, səni vuraram" deyə təhdid edirdi".
 
"Rahat market" də məsələylə münasibət bildirib: "Həmin şəxs mağazadan 19 ədəd "Alpen Gold" şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki "Rahat"da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub". Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib: "Bunu sübüt edən görüntülər də var".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rahat marketdən oğurluq edən şəxs

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.