Ölkə

Bakıda 2 küçə və 1 prospektdə hərəkət qismən məhdudlaşdırılır – XƏRİTƏ

19 Aprel 2018 13:51
0 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində 19 aprel 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, çəhdudlaşdırma adı çəkilən ünvanlarda üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədardır. Qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Paytaxtda yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq aparılan təmir-tikinti işləri çərçivəsində 20 aprel 2018-ci il tarixində gecə saatlarından isə Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Böyük Şor yol qovşağınadək (mərkəz istiqaməti) olan hissəsində də hərəkət qısa müddətlik qismən məhdudlaşdırılacaq.

Sürücülərdən bu tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə edilir və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.