Ölkə

Bakıda supermarketdə çörək oğurlayanı döydülər - VİDEO

19 Aprel 2018 11:30
43 Şərh     Baxış: 5 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün saat 21:20 radələrində "Nefçilər" metrostansiyasının yaxınlığında yerləşən "Rahat" matketdə oğurluq hadisəsi baş verib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq şokolad, çörək və digər bir neçə ərzaq məhsulunu oğurlayarkən marketin mühafizəçiləri tərəfindən saxlanılıb.

Daha sonra həmin şəxs marketin mühafizə kabinetinə aparılıb. Bir neçə dəqiqədən sonra oğurluq edən şəxs sifəti qanlar içərisində marketdən qaçmağa cəhd edib. O, bayıra çıxmağa cəhd göstərsə də, mühafizəçi və başqa bir mülki geyimdə olan şəxs tərəfindən yenidən saxlanılıb. Həmin şəxsin kim olduğu isə, hələlik bəlli deyil. Maraqlı məqam odur ki, mülki geyimdə olan şəxs oğurluq edənə "qaçsan, səni vuraram" deyə təhdid edirdi.

Hadisənin foto və video görüntülərini təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda supermarketdə çörək oğurlayanı döydülər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.