Ölkə

“Sovetski”də bu küçələr bağlanacaq

17 Aprel 2018 17:50
1 Şərh     Baxış: 1 434

Paytaxtın mərkəzindəki bir neçə küçə hərəkət üçün bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, "Sovetski" adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, aprelin 18-də Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaqdır.

Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sovetski · 17 Aprel 18:5210

    Seni yerle bir edenler adini yox ede bilmediler /Sovetski!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.