Ölkə

BVF Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu AÇIQLADI

17 Aprel 2018 17:26
Baxış: 404

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "World Economic Outlook" hesabatında deyilir.

Qeyd olunur ki, proqnozun təkrar nəzərdən keçirilməsinin səbəbi iqtisadiyyata dövlət investisiyalarının gözləniləndən daha yüksək olmasıdır. 2019-cu il üçün BVF Azərbaycanda ümumi daxili məhsulun 3,9 faiz artacağını proqnozlaşdırır.

Ümumilikdə, fondun analitiklərinin fikrincə, 2018-ci ildə MDB-nin iqtisadiyyatı 2,2 faiz, 2019-cu ildə 2,1 faiz artacaq.

Hesabatda o da qeyd olunur ki, 2018-2019-cu illərdə qlobal iqtisadiyyat 3,9 faiz artacaq.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.