Ölkə

Qubada 14 gün komada qalan hamilə qadın öldü

17 Aprel 2018 17:17
1 Şərh     Baxış: 2 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada hamilə qadın ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Quba Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində baş verib.

Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlyar Sərvərov APA-ya bildirib ki, Xaçmaz rayon sakini, 28 yaşlı Rəqsanə Səfərova 14 gün öncə xəstəxanaya müraciət edib. Müraciət edən zaman qadının bətnində 10 həftəlik ölü döl olub. Rəqsanə Səfərova xəstəxanada 14  gün komada qalıb.

Baş həkim onun ölüm səbəbinin hamiləliklə bağlı olmadığını açıqlayıb. Onun sözlərinə görə, R.Səfərova hemmorragik insultdan (beyin damarının cırılması) dünyasını dəyişib.

Ə.Sərvərov deyib ki,  14 gün ərzində göstərilən tibbi yardıma baxmayaraq qadını xilas etmək mümkün olmayıb. O, dünən axşam saatlarında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.