Ölkə

Piyadanın ölümünə səbəb olan sürücü saxlanıldı

17 Aprel 2018 16:41
0 Şərh     Baxış: 562

Qubada piyadanı vuraraq hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Milli.Az-a verilən məlumata görə, aprelin 17-də gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Magistralın Şabran rayonu ərazisindən keçən hissəsində Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Dərhal Şabran RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin "Mercedes Benz" markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yol qəzasını törədərək hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü - Bəşir Mühtümov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.