Ölkə

Liya Bayramova vəzifədən azad olunmasının SƏBƏBİNİ açıqladı - YENİLƏNİB

17 Aprel 2018 16:46
1 Şərh     Baxış: 6 105

16:46

Vəzifədən azad olunmağımın səbəbi elmi fəaliyyətlə məşğul olmaq niyyətimlə bağlıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova deyib.
O bildirib ki, mətbuat xidmətinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilib.

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən mətbuat xidmətinə rəhbərlik edirdi. Rəhbərlik etdiyi müddət ərzində adı çəkilən şöbənin Azərbaycan KİV-i ilə əməkdaşlığın təkminləşdirilməsi üzrə böyük işlər aparılıb, bölgələrin müalicə mərkəzlərinə tanışlıq məqsədi ilə dəfələrlə ziyarətlər, həmçının səhiyyə və bu sahə ilə bağlı bir çox konfrans və hesabat tədbirləri təşkil edib.
L.Bayramova uğurlu fəaliyyətinə görə çoxsaylı diplom və mükafatlarla, o cümlədən səhiyyə naziri O.Şirəliyevin qərarı ilə "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib.

---------
16:19

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.

Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova icra edir.

Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Araz · 17 Aprel 20:3710

    Xəbər elə hay küylə paylaşılır ki sanki çox böyük nəsə baş verib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.