Ölkə

“Polojeniya Anar” cəzalandırıldı

17 Aprel 2018 15:26
0 Şərh     Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmova  hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda onun yanındakı qıza sataşdığı üçün Kamran Hüseynovu döyüb. A.Məhərrəmov saxlanılarkən üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək götürülüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.