Ölkə

Azərbaycanda hansı hallarda KİV-ə senzura və məhdudiyyət qoyulması müəyyənləşir

17 Aprel 2018 13:18
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə müzakirəyə çıxarılıb.

Əlavələrə görə, hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.

O da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.