Ölkə

DİM sədri: "Rəhbər vəzifələrə qəbulla bağlı imtahanlarda çox az namizəd iştirak edib"

17 Aprel 2018 11:43
0 Şərh     Baxış: 2 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında kifayət qədər namizəd, yəni 3000-dən çox insan iştirak edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şərq Tərəfdaşlığı ölkələrində dövlət sektorunda müasir liderlik və potensial quruculuğu layihəsinə (PADAS II) həsr olunan seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, A inzibati rəhbər vəzifələri üçün olan imtahanlarda çox az insan iştirak edib.

Bunu namizədlərdə liderlik keyfiyyətinin az olması ilə izah edən M.Abbaszadə əlavə edib ki, A növü üzrə imtahanda iştirak üçün 127 namizəd qeydiyyatdan keçmişdi. Onlardan 125-i imtahanda iştirak edib və yalnız 41 nəfər uğur qazanıb. Hazırda bu vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var.

M.Abbaszadə qeyd edib ki, ölkə üzrə DİM tərəfindən dövlət qulluğuna məsləhətçi vəzifəsinə qəbul olunan 202 nəfər öz vəzifəsində yüksəlib.

Dövlət qulluğu üzrə ən aşağı vəzifə olan məsləhətçi vəzifəsinə qəbul edilən 32 nəfər hazırda dövlət təşkilatlarında şöbə müdiri, 32 nəfər şöbə müdirinin müavini, 138 nəfər sektor müdiridir.

M.Abbaszadə dövlət qulluğunda yüksəlməni göstərən bu göstəriciləri çox yaxşı dəyərləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.