Ölkə

Bakıda özəl klinikada əməliyyat olunan həkim öldü

17 Aprel 2018 11:15
2 Şərh     Baxış: 6 656

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlıötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Esra ibrahimli(Samaxi) · 17 Aprel 11:4642

    Yenə də həkim savadsizliqi Tupoylar basa dusmelidi ki Əməliyyatdan cixan xesteni srazi ayaqa qalxmaqa qoymazlar qan dovranin suretlendirir ve beyne qanda siza biler komaya da sala biler xesteni Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Filiz · 17 Aprel 12:2910

    Allah rehmet etsin Qismet

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.