Ölkə

"Banklarda valyuta çatışmazlığı var? - Palatadan açıqlama

17 Aprel 2018 11:11
Baxış: 2 738

Azərbaycanda banklarda valyuta çatışmazlığı yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib.

O qeyd edib ki, Mərkəzi Bank bankları vaxtında valyuta ilə təmin edir, buna görə də təşvişə heç bir səbəb yoxdur:

"Türk lirəsi və rus rublunun məzənnəsinin ABŞ dollarına nisbətdə müşahidə edilən volatilliyi Azərbaycanda da müəyyən psixoloji gərginlik yaradıb. Lakin bu, sadəcə psixoloji amildir, təşvişə səbəb yoxdur".

İ.Alışov bildirib ki, son həftələr ərzində ölkədə valyuta alışı həcmi adambaşına təqribən 800-1300 dollar təşkil edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.