Ölkə

Alpinistlərin axtarışı yenə çətinləşdi - Xınalığa 40 santimetr qar yağıb

16 Aprel 2018 13:44
7 Şərh     Baxış: 1 944

Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib.

Milli.Az Trend-ə açıqlamasında bildiriblər ki, axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır: "Aprelin 15-də Xınalığa 40 santimetr qar yağıb. Bu da alpinistlərin axtarışlarını bir az da çətinləşdirib. Amma buna baxmayaraq, axtarışlar davam etdirilir. Axtarışlara könüllülər yenidən qoşulublar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, könüllülər axtarışları davam etdirir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Aydlndl · 16 Aprel 13:47101

    Chox rahat tapacagduz indi chetinlewdi?

    Cavab yaz
  • Anonim
    Seva · 16 Aprel 13:5061

    Gor ey sen Allah!iki aydi yay havasi kecir,niye tapan olmadi?qar yagan kimi yada duwur

    Cavab yaz
  • Anonim
    mahi · 16 Aprel 14:2030

    elabil iyna olub itiblar.oz yaxinlarindan olsaydi tez tapardilar.

    Cavab yaz
  • Anonim
    cavab · 16 Aprel 15:2930

    siz fikir verinki ele bilaxtaris baslayan kimi qar covqun imkan vermir Ele bil tebietdendi ilahidendi bilmirem

    Cavab yaz
    • Anonim
      Seva · 16 Aprel 16:4620

      Axtariw bawlayan kimi qar yagmir e qar yagan kimi bawlayillar axtarmaga.))

      Cavab yaz
  • Anonim
    sima · 16 Aprel 16:4030

    İnanın Novruz bayramından süfrədə çörək yeyirdim. Birdən bu 3 gənc yadıma düşdü. Ailəsinin vəziyyəti yadima düşdü. Ağzımdakı loxmani güclə utdum.

    Cavab yaz
  • Anonim
    .) · 16 Aprel 17:4840

    Mənə elə gəlirki o uc adam hec o qarin altinda deyillər,indiyə qədər Antarktidadan axtarib tapmaq olardi itəni

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.